"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

ABŞ-ın “Zəngəzurun ələ keçirilməsi” mesajının hədəfi

15 Oktyabr 2023 - 09:10
in SİYASƏT
FacebookVatsap

Blinkenin dilindən ortaya atılan “Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu ələ keçirmək planı” haqda iddia Zəngəzur dəhlizi və sülh danışıqları ətrafında kəskinləşən geosiyasi intriqanın tərkib hissəsidir.

Bunu da oxuyun

Milli Məclisin iclası başlayıb

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Bu iddianın tirajlanmasında Ermənistan və erməni diasporu/lobbisinin Bakıya qarşı beynəlxalq cəbhənin qurulmasına nail olmaq marağı var, hərçənd, əsas diqqətçəkən məqamlardan biri rəsmi Vaşinqtonun sərgilədiyi mövqe oldu: Dövlət Departamenti iddianı şərh edərkən, “davamlı sülhə çalışdıqlarını” və “gücdən istifadənin qəbuledilməzliyi”ndən bəhs etdi, hərçənd, iddia Blinkenin adından başqa bir ölkəni “işğalçılıqda” ittiham etməkdən ibarətdir və rəsmi təkzib ən azı daha konkret olmalı idi.

Departamentin açıqlaması ikibaşlıdır və bu, belə iddianın tirajlanmasında ABŞ-ın da maraqlı olduğu, Bakıya mesajın verildiyi şübhəsini ön plana çıxarır. Və Vaşinqtonun hədəfinin danışıqlar prosesində Qərb platformasını yenidən aktuallaşdırmaq olduğu görünür.

Fransanın təşəbbüsü ələ almaq cəhdləri Qərbin Bakı-İrəvan xəttində vasitəçiliyini risk altına salıb, Əliyevin Qranada görüşündən imtina etməsi, bölgədəki problemlərin region ölkələri arasında həll olunması tezisindən çıxış etməsi də bu riskin reallığından xəbər verir. Bununla yanaşı, Qarabağda erməni separatizmini ləğv edən rəsmi Bakının kommunikasiyanın açılması və sərhədin delimitasiyası tələbləri Qərb masasında qarşılanmır, xüsusilə Ermənistanın 10 noyabr bəyanatında Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizi – öhdəliyinin icrası baxımından. Bu situasiya Rusiyanın vasitəçiliyinin önünü açır və mümkündür ki, İrəvanın ən azı dörtərəfli formatda – Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan – görüşə razı salınması istiqamətində addımlar atılacaq.

ABŞ bu mənzərəni dəyişmək və vasitəçilik təşəbbüsünün region ölkələrinə, xüsusilə Rusiyaya keçməsinin qarşısını almaq istəyir. Dövlət Departamentinin nümayəndəsi Lui Bononun Bakı və İrəvan səfərindən geri qayıdarkən Paris və Brüsselə baş çəkməsi də vasitəçilik təşəbbüsünün ələ alınması məqsədi daşıyırdı.

Vasitəçilik üzərindən geosiyasi intirqanın kəskinləşdiyi bir vaxtda Blinkenin adından Azərbaycanın “müdaxiləyə hazırlaşması” iddiasının ortaya atılması da məhz Bakıya “işğal ittihamı”nın irəli sürülə biləcəyi mesajının verilməsi, bununla kommunikasiya və sərhəd məsələsində İrəvanın proqramının qoyulduğu Qərb masasında danışıqlara vadar etmək məqsədi kimi görünür.

Mümkündür ki, Lui Bono Bakıdan Vaşinqtona istədikləri mesajı aparmayıb. Yayılan iddiaya bu kontekstdə də baxa bilərik.

Və baş verənlər Cənubi Qafqaza təhlükəli perspektiv vəd edir: sərhəddə təxribatlar törədə və “Azərbaycan hücuma edir” kampaniyasını genişləndirə bilərlər, Blinkenin adından yayılan iddianın da bu ssenarini tətbiqindən öncə beynəlxalq ictimai rəyi formalaşdırmaq məqsədi daşıdığı istisna edilməməlidir; vasitəçilik təşəbbüsünü götürmək, o cümlədən, Ermənistanın KTMT-dən, ümumilikdə Rusiyadan uzaqlaşmasını istəyən Qərb cəbhəsi bu ssenaridə maraqlı tərəf kimi çıxış edə bilər.

Asif Nərimanlı

Previous Post

ABŞ-ın “Zəngəzurun ələ keçirilməsi” mesajının hədəfi

Next Post

Ukraynaya bu vaxta kimi yardım edəcəyik – Polşa

Bənzər yazılar

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07

Oktyabrın 28-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29 Oktyabr 2026 - 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Toledo əyalətində...

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək

29 Oktyabr 2026 - 17:24

Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək. Elchi.az-ın xəbərinə görə, bu barədə qanun layihəsi bu...

Next Post
Ukraynaya bu vaxta kimi yardım edəcəyik – Polşa

Ukraynaya bu vaxta kimi yardım edəcəyik - Polşa

Ukraynaya bu vaxta kimi yardım edəcəyik – Polşa

Ukraynaya bu vaxta kimi yardım edəcəyik - Polşa

Son xəbərlər

Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

Biləcəridə hotelin fəaliyyəti dayandırıldı

30 Oktyabr 2026 - 10:24
Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edəcək

30 Oktyabr 2026 - 10:16
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır

30 Oktyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.