ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının birinci fazası böyük miqdarda döyüş sursatının xərclənməsini tələb edib; onların ehtiyatlarının bərpasına isə azı dörd il vaxt lazımdır.
Elchi.az xəbər verir ki, bu qiymətləndirməni “The Hill” qəzeti dərc edib.
Qəzetin fikrincə, ABŞ Konqresi lazımi maliyyə vəsaitinin ayrılmasını təsdiqləyəcəyi təqdirdə bu müddət ərzində ehtiyatları bərpa etmək mümkündür. Lakin İrana qarşı zərbələrin yenidən başlaması ABŞ Silahlı Qüvvələrinin sursat ehtiyatlarını bərpa etməsi üçün daha çox vaxt tələb edə bilər.
Prezident Donald Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ-nin 2027-ci il üçün hərbi büdcəsini bir yarım dəfə artıraraq 1,5 trilyon dollara çatdırmaq lazımdır.
Məryəm





















