"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

ABŞ-ın İrana qarşı “Kissincer planı” işə düşdü

17 Noyabr 2022 - 11:17
in DÜNYA
FacebookVatsap

1979-cu ilə – islamçılar hakimiyyət başına gələnədək, İran Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqlərindən biri olub.
Ancaq 1979-cu ildə hakimiyyətə gələn islamçı Xomeyninin qurduğu, 1989-cu ildənsə Xamenei tərəfindən davam etdirilən “Vilayəti-fəqih” sistemi bütövlükdə təməlində “Vestfal prinsipləri”nin durduğu Qərb düzəninə qarşı olduğundan və özündə dünya nizamına yeni baxışları əks etdirdiyindən, rəsmi Tehranın “Böyük Şeytan” saydığı ABŞ düz 43 ildir ki, İrandakı dini rejimi dəyişməyi və bu ölkəni əvvəlki siyasi kursuna qaytarmağı hədəfləyib.
Tutulan antiqərb mövqe özünü “İslam respublikası” elan etmiş İranı əvvəlcə SSRİ, 1991-ci ildən sonra isə Rusiya Federasiyası ilə ümumi düşmənə qarşı ən yaxın müttəfiqə çevirsə də, Rusiya həmişə cənub cinahında İranın möhkəmlənməsindən ehtiyatlanıb və bu səbəbdən onun nüvə silahı əldə etməsində maraqlı olmayıb. Olsaydı, çoxdan nüvə başlıqlarını İrana ötürmüşdü…
Rusiya həmişə hesab edib ki, İran nüvə silahına sahib olarsa, bu, Rusiyanın vaxtilə ələ keçirdiyi ərazilərə, xüsusən də Cənubi Qafqaza və Mərkəzi Asiyaya rəsmi Tehranın iddialarını artıracaq, eyni zamanda Rusiyanın müsəlman əhalisi arasında radikal islamçı təşkilatların fəaiyyətini gücləndirəcək.
Bu səbəbdən, İranın nüvə silahı əldə etməsi və keçmiş sovet sərhədlərindən şimal istiqamətinə hərəkəti mövzusu həmişə Rusiya və Qərb arasında əsas ortaq müzakirə predmetlərindən biri sayılıb, bu gün də aktuallığını qoruyub saxlayır.
Birləşmiş Ştatlarda son onilliklər boyu strateqlər o fikrin üzərində dururlar ki, çoxmillətli Rusiya kimi, çoxmillətli İranın da etnik-milli zəmində parçalanması qlobal nizama çoxsaylı yeni problemlər gətirə bilər və bu səbəbdən rəsmi Vaşinqton inadla Rusiya ilə yanaşı, İranı da sanksiyalarla sıxışdırmaqla sonda danışıqlar masasına gətirmək və onu yenidən Qərblə yaxınlaşdırmağa nail olmaq kursu seçməlidir.
Məsələn, bu fikrin əsas tərəfdarlarından sayılan ABŞ-ın sabiq dövlət katibi, artıq 100 yaşını haqlamış məşhur diplomat və strateq Henri Kissincer hələ 2014-cü ildə çap etdirdiyi “Dünya nizamı” kitabında qədim dövlətçilk ənənələrinə və zəngin mədəniyyətə malik İranın çox tezliklə öz gələcəyini müəyyənləşdirmək üçün ciddi seçim qarşısında qalacağını və son qərarın da onun daxili dinamikasından asılı olacağını vurğulayaraq, rəsmi Tehranın hərbi nüvə proqramından və “Hizbullah” kimi radikal təşkilatları dəstəkləməkdən imtina edəcəyi təqdirdə, Qərblə münasibətlərdə kardinal dəyişikliyə nail ola biləcəyini yazırdı.
Kissincer onu da bildirirdi ki, İran razılaşmayacaqsa, yenə də danışıqlarla vaxt udmağa və bu vaxt ərazində də sentrifuqaların sayının artırılmasına, uranın zənginləşdirilməsinə çalışacaqsa, artıq ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirmək tərəfdarı olan İsraillə İran ətrafındakı sünni müsəlman ölkələrinin ittifaqını qurmaq və açıq şəkildə onları dəstəkləməkdən başqa yolu qalmayacaq…
Biz hazırda İran ətrafında hadisələrin məhz Kissincerin yazdığı ssenari üzrə inkişaf etdiyini görürük: bir tərəfdən, onu öz daxilindən – azadlıq, əyləncəli həyat arzusunda olan çoxmilyonlu İran gəncliyini hərəkətə gətirəcək şüar və çağırışlarla, kütləvi iğtişaşların təşkiliylə dini rejimin təməl sütunlarından birini sıradan çıxarmağa, zəiflətməyə çalışılır, o biri tərəfədən də hər an xaricdən müdaxilə edə bilmək üçün əsaslar hazırlanır – dünyanın diqqətində olan Ukrayna problemi üzərindən, Zelenskinin diliylə Rusiyaya dron vermək ittihamıyla sərt cəzalandırılması tələbi irəli sürülür…
İsraildə İranla müharibə tərəfdarı Netanyahunun yenidən hakimiyyətə qaytarılması, Türkiyə-İsrail, Türkiyə-Misir münasibətlərindəki qəfil yumşalmalar, ənənəvi Səudiyyə-İran gərginliyinin yenidən körüklənməsi, İranın Talibanın öhdəsinə buraxılan Əfqanıstanla və həmçinin Pakistanla həmsərhəd Sistan-Bəlucistan bölgəsində silahlı toqquşmalar, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarında hücum təyyarələrinin sayının artırılması kimi faktlar Kissincerin vurğuladığı “İrana qarşı İsrail + sünni müsəlmanlar ittifaqı”nın artıq formalaşdırılma mərhələsində olduğunu təsdiqləyən əsas əlamətlərdir.
Ən mühüm məsələlərdən biri də sanksiyalar altında əzilən İranın üzərindəki sanksiyaları deşməyə yollar axtaran əsas müttəfiqi Rusiya ilə yeganə quru əlaqəsini təmin edən ölkə – etnik və məzhəb qardaşı Azərbaycanla da münasibətlərinin indiyədək görünməmiş şəkildə pisləşməsidir.
Baxmayaraq ki, 44 günlük II Qarabağ savaşından sonra Türkiyə və Azərbaycan prezidentləri tərəfindən bölgədə sülh və əməkdaşlıq platforması kimi təklif edilən “3+3” formatına İran da dəfələrlə dəvət edilib, ancaq rəsmi Tehran hələ də bundan boyun qaçırmağa üstünlük verir və bu formatı özünə qarşı gələcək təhlükələrin yeni mənbəyi kimi görür. Ümumiyyətlə, rəsmi Tehranda ciddi bir qorxu və təlaş var ki, ABŞ Rusiya ilə Ukrayna məsələsində, Cənubi Qafqaz mövzusunda da Türkiyə ilə pərdəarxası hansısa sövdələşməyə gedərək, İranın nüvə silahı əldə etməsində maraqlı olmayan, ancaq eyni zamanda indiyədək İranın vurulmasına qarşı da çıxan hər iki ölkəni İrana qarşı hərbi əməliyyatlara razı sala bilər…
Əlbəttə, həm Türkiyə Prezidenti Ərdoğan, həm də Azərbaycan Prezidenti Əliyev, eləcə də onların hər iksinin mövqeyinin güclü olduğu Türk Dövlətləti Təşkilatı (TDT) əhalisinin əksəriyyəti etnik türklərdən ibarət müsəlman İrana qarşı hər hansı hərbi əməliyyatı dəstəkləmirlər və həmişə də bu plana qarşı çıxıblar, ancaq eyni zamanda, İranın 44 günlük Qarabağ savaşının nəticələrini qəbul etməsində də çox maraqlıdırlar. Elə İrandakı türklərin hüquqları məsələsini məharətlə TDT vasitəsiylə gündəliyə gətirməklə, kritik durumda olan rəsmi Tehrana başa salırlar ki, Ermənistanı müdafiə siyasətindən və Zəngəzur dəhlizinin açılmasındakı inadkarlığından əl götürməzsə, İrandakı iğtişaşların genişlənməsində “türk amili”ni çox tezliklə ön plana çıxara, bu işdə isə Qərbdən çox böyük dəstək ala bilərlər.
Hələlik İranla təbliğat vasitələri üzərindən qarşılıqlı şəkildə əsəb, arxa planda isə diplomtiya savaşı aparılır. Bu əsəb və diplomatiya savaşının bütövlükdə müsəlman coğrafiyasını qardaş qanına bələyəcək, milyonlarla müsəlmanın qanının tökülməsinə və yurd-yuvalarından didərgin, sərgərdan düşmələrinə gətirib çıxaracaq yeni bir böyük savaşa çevrilib-çevrilməyəcəyi isə müsəlman rəhbərlərin öz əllərindədir və indi onların islamçı dünyagörüşə sahib olanlarının üzərinə daha çox məsuliyyət düşür…
Bəli, İran bizə iraq ölkə deyil, ancaq bu gün yaşananlar 2003-cü ildəki Səddamın İraqını hədsiz dərəcədə çox xatırladır…
Elxan Şükürlü

Bunu da oxuyun

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

Ebolaya yoluxanların sayı 11 mini keçdi

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

Previous Post

ABŞ-ın İrana qarşı “Kissincer planı” işə düşdü

Next Post

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı belə ucaldılıb – Video

Bənzər yazılar

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin...

Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09

Konqo və Afrikanın digər ölkələrində Ebola virusuna yoluxma hallarının sayı 11 mini keçib. Elchi.az xəbər verir ki, bu barədə "Reuters" məlumat...

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05

Rusiya Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlar çərçivəsində NATO qüvvələrinin 1997-ci ildəki mövqelərinə geri çəkilməsini tələb edib. Elchi.az xəbər verir...

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə obyektlərində yoxlamaları bərpa etməsi üçün ölkənin təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasını tələb edir....

Next Post
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı belə ucaldılıb – Video

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı belə ucaldılıb - Video

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı belə ucaldılıb – Video

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı belə ucaldılıb - Video

Son xəbərlər

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

15 Noyabr 2026 - 17:37
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.