ABŞ-ın Ferqyuson şəhərində kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət və komendant saatı elan edilib

🗓 17.08.2014 14:11 ✍️ "Elçi" qəzeti
ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı qaradərili gəncin polis tərəfindən qətlə d93b8d3d95b186616e21289d19f5adbbyetirilməsi səbəbindən baş vermiş kütləvi iğtişaşlara görə şəhərdə fövqəladə vəziyyət və komendant saatı elan edilib.
 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq fərman Missuri ştatının qubernatoru Cey Nikson tərəfindən imzalanıb.

 Qeyd olunan rezonanslı insident Sent Luis şəhərinin ətrafında kütləvi aksiyalara səbəb olub. Məlumata görə, dükanda oğurluq etmiş gənc polisə heç bir müqavimət göstərməyib. Əksinə, ölümündən əvvəl o, əllərini yuxarı qaldıraraq polisdən atəş açmamağı xahiş edib. Buna baxmayaraq, asayiş keşikçisi, hələlik məlum olmayan səbəbdən atəş açaraq gənci qətlə yetirib.

Bənzər yazılar