Dünən ABŞ-ın Cənubi Karolina şatatının Çarleston şəhəri yaxınlığında 501-ci təlim eskadriliyasına məxsus F-35 “Lightning II” təyayrəsi qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, təyyarədə baş verən nasazlıq səbəbindən pilot katapult edib. Yerə endikdən sonra pilot xəstəxanaya aparılıb, hazırda vəziyyəti normaldır.
Amma F-35 təyyarəsi yoxa çıxıb. Təyyarənin hara düşdüyü məlum deyil.
Çarlstondakı bazanın veteran pilotu Stanton təyyarənin Moultrie və Marion gölünə düşə biləcəyini ehtimal etdiyini deyib.
Onun sözlərinə görə, təyyarənin axtarışlarına helikopter də cəlb olunub.
Bazadakı rəsmilər yerli əhaliyə səslənərək, təyyarəni görən şəxslərin xəbər vermələrini istəyib.
30 sentyabr – Beynəlxalq Tərcüməçilər günüdür
Bu gün Beynəlxalq Tərcüməçilər günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il sentyabrın 30-da...




















Son şərhlər