Amerika hakimiyyəti ABŞ prezidenti Co Baydenin sentyabrın 21-i elan edəcəyi yeni yardım paketi çərçivəsində Ukrayna ordusuna uzun mənzilli “ATACMS” raketləri vermək niyyətində deyil.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Vaşinqton sentyabrın 21-də Ukraynaya “HIMARS” üçün döyüş sursatları və hava hücumundan müdafiə vasitələrinin daxil olduğu növbəti hərbi yardım paketi barədə danışmağa söz verib.
Bununla belə, Kiyevin uzun müddətdir almaqda israr etdiyi “ATACMS” raketləri bu paketə daxil edilməyəcək deyə Ağ Ev xəbərdarlıq edib.
Qeyd olunur ki, ABŞ Konqresi oktyabrın 1-dək dövlət başçısı Co Baydenin bu məqsədlər üçün 24 milyard dollar ayrılması xahişini təsdiqləməsə, Ukraynaya yardım axını kəsilə bilər.
Xatırladaq ki, Pentaqonda işləyən “Fox News” müxbiri Lukas Tomlinson bildirmişdi ki, Vaşinqtonun müvafiq tədarükləri təsdiqləmək üzrə olduğu bir sıra mənbələrin iddialarına baxmayaraq, ABŞ yaxın gələcəkdə “ATACMS” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyəcək.
Yeganə