Anonimlik şərti ilə Amerika rəsmiləri Ukrayna hərbi əsirlərini daşıyan İl-76 təyyarəsinin Amerikanın Patriot zenit-raket kompleksindən (SAM) raketlə vurulduğunu etiraf ediblər. Elchi.az xəbər verir ki, bu barədə ‘‘New York Times‘‘ məlumat yayıb.
“ABŞ təyyarənin qəzaya uğramasının səbəblərini açıq şəkildə şərh etməyib, baxmayaraq ki, rəsmilər anonimlik şərti ilə Patriot raketinin istifadəsi ilə bağlı xəbərlərin doğru olduğunu söyləsələr də”, – deyə nəşr bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın İl-76-ya hücumda birbaşa şərik olduğunu bildirmişdi. Onun sözlərinə görə, Rusiyada Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edilməsinə dair təkzibolunmaz sübutlar var.
Havar Şəfiyeva