ABŞ ikinci Suriya ordusu yaradır

🗓 13.09.2014 20:30 ✍️ "Elçi" qəzeti
İngiltərənin nüfuzlu “Tayms” qəzeti Ciddədə təşkil olunan zirvədə Türkiyənin İŞİD-ə qarşı hücumlaraaxar.az1405750575ag-ev qatılmayacağını, lakin Suriyada müxaliflərə təlim keçəcəyi iddiası ilə çıxış edib.   Qəzet ABŞ-ın dəstəyi ilə Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniyanın İŞİD-ə qarşı mübarizə apara biləcək ikinci Suriya ordusu yaradacağını qeyd edib.   Bir müddət öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli şəkildə İordaniyada Azad Suriya Ordusunun 4 min döyüşçüsünə təlim verdiyini xatırladan qəzet indi bu təlim-təhsil proqramının üç ölkədəki bazalar ilə genişləndiriləcəyini qeyd edib. Bununla da Türkiyənin yaxınlaşmaqda olan Yaxın Şərq müharibəsində aktiv deyil, passiv mövqedən çıxış edəcəyi, ABŞ-ın bu əməliyyatlarda Türkiyənin cənub sərhədlərindən istifadə edəcəyi vurğulanıb.   Qəzet Türkiyənin Ciddə zirvəsində 49 girovuna görə əməliyyatlardan imtina etməsini yalnız üzdə görünən səbəb kimi qiymətləndirib.  

Bənzər yazılar