ABŞ Konqresinin Nümayəndələr Palatası hökumətin 2024-cü ilin sentyabr ayının sonuna qədər qismən maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Respublikaçı Nümayəndələr Palatasının spikeri Mayk Conson genişmiqyaslı qanun layihəsini irəli sürmək üçün müxalif Demokratların dəstəyinə etibar etməli idi. Conson oktyabrın 25-də Kevin Makkartinin devrilməsindən sonra spiker olduqdan sonra o, ülgüc kimi çoxluğuna görə ölkəni idarə etməkdə çətinlik çəkib”, – nəşr qeyd edir.
Havar Şəfiyeva