ABŞ Enerji İnformasiya Administrasiyası bu il və gələn il üçün neftin qiyməti ilə bağlı proqnozunu artırıb. Brent markalı xam neftin barel qiymətinin ilin sonuna kimi 84,46 dollara yüksələcəyi gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 82,62 dollar olaraq qiymətləndirilmişdi.
Elchi.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) qlobal neft ehtiyatlarının gözlənilən azalmasına işarə edərək, bu il və gələn il üçün neftin qiyməti ilə bağlı proqnozunu artırıb.
EIA-nın “Sentyabr 2023 Qısamüddətli Enerji Görünüşü”nə görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının qərarından sonra ilin son rübündə qlobal neft ehtiyatlarının azalacağı gözlənilir .Bu azalmanın qiymətlərin artmasına səbəb olacağı təxmin edilir.
Bu çərçivədə Brent tipli xam neftin barrel qiymətinin ilin sonuna kimi 84,46 dollara yüksələcəyi gözlənilir. Əvvəlki hesabatda bu rəqəm 82,62 dollar olaraq qiymətləndirilmişdi.
West Texas Intermediate (WTI) xam neftinin orta barel qiymətinin 79,65 dollar olacağı proqnozlaşdırılır. Sözügedən rəqəmin keçən ay 77,79 dollar olacağı proqnozlaşdırılırdı.
Gələn il Brent tipli xam neftin orta barel qiymətinin 88,22 dollar, WTI tipli xam neftin orta barel qiymətinin isə 83,22 dollar olacağı gözlənilir.
Nuranə Məmmədova