ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədliyinin irəli sürülməsi üçün praymeriz yanvarın 23-də ABŞ-ın hazırkı lideri Co Baydenin iştirakı olmadan Nyu-Hempşirdə keçiriləcək.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Demokratik Milli Komitə (DNC) daha çox etnik cəhətdən müxtəlif əhaliyə malik ştatların ilk növbədə praymeriz keçirməsinə icazə vermək üçün Nyu-Hempşirdə ilkin seçkiləri təxirə salmağı təklif edib. Lakin bu ideya rədd edildi.
Bayden Demokratların namizədliyini qazanmaq üçün favorit hesab olunur. Debatda ondan başqa, Nümayəndələr Palatasının üzvü Din Fillips (Minnesotadan demokrat), yazıçı Marianna Uilyamson və başqaları iştirak edir.
Həmin gün ABŞ-ın keçmiş prezidenti Donald Trampın favoriti sayılan Nyu-Hempşirdə Respublikaçıların praymerizləri keçiriləcək.
Yeganə