ABŞ-dan Ukraynaya silahların çatdırılması hazırda 30 faiz sürətlənib.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
Adı açıqlanmayan ABŞ müdafiə rəsmisinin sözlərinə görə, çatdırılma tempinin sürətlənməsi onunla bağlıdır ki, ABŞ ordusu soyuq müharibə dövründən əsgər və texnikanın sürətlə hərəkət etdirilməsi üsullarını yenidən mənimsəməyə başlayıb.
“Defence One” nəşrinin məlumatına görə, mayın 21-nə olan xəbərə əsasən, Amerika Birləşmiş Ştatları Kiyevə 38 milyard dollar dəyərində texnika və silah göndərib.
Yeganə