Baltik dənizində ABŞ-ın “Donald Kuk” gəmisinə yaxınlaşan Rusiya qırıcılarının məqsədi provakasiya yaratmaq deyildi.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Hərbi Dəniz Qüvvələri komandanı Con Riçardson deyib.
“Rusların hər hansı təxribat törətmək istədiklərini düşünmədim. Onların bizə siqnal göndərdiyini zənn edirəm. Ruslar bizi Baltik dənizində gördüklərini bildirmək istəyirdilər. Lakin belə manevrlər elə texniki xətaya səbəb ola bilərdi ki, bu da sonradan ciddi hadisələrə gətirib çıxarardı”, – Riçardson bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Baltik dənizində üzən “Donald Kuk” gəmisinə Rusiya qırıcıları təhlükəli məsafədə yaxınlaşmışdılar.