ABŞ-dan dağlara sığınan qaçqın yezidlərə yardım
Amerika hərbi aviasiyası İraqın Sincar dağ massivində gizlənən minlərlə İraq sakininə növbəti, altıncı partiya
humanitar yardım çatdırıb.

Musavat.com-un xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, həmi qaçqınlar əsasən İŞİD-in terrorundan qorunmaq üçün öz yurd yerlərindən baş götürüb qaçan yezidlərdir. Neçə gündür onlar mühasirə vəziyyətindədir. Aralarında çoxlu sayda uçaq var. Onların çoxu susuzluqdan dünyasını dəyişib.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, ABŞ humanitar yardımın ümumi həcmi bu günə 100 min ərzaq bağlaması və 100 min litr sudan ibarətdir.