Pentaqonun rəhbəri Lloyd Austin Almaniyanın yeni müdafiə naziri Boris Pistorius ilə görüşüb, o, Berlinə Almaniya istehsalı olan tankların Ukraynaya təhvil verilməsinə icazə verməsi üçün təzyiq göstərib.
Elchi.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Amerika rəsmiləri məlumat yayıb.
Almaniya hökumətindəki mənbədən bildirib ki, əgər ABŞ öz tanklarını göndərməyə razı olarsa, Almaniya Rusiyadan müdafiə üçün Ukraynaya Almaniya istehsalı olan tankların göndərilməsinə icazə verəcək.
Amerika rəsmiləri açıq şəkildə bəyan ediblər ki, Vaşinqton hələ ki, Ukraynaya Amerika istehsalı olan tanklar göndərməyi planlaşdırmır, Kiyev üçün onlara xidmət göstərməyin çox çətin olacağını və onları idarə etmək üçün böyük maddi-texniki səy tələb olunacağını əsas gətirib.
Austin danışıqlardan əvvəl Almaniyaya Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib:
“Almaniya bizim ən mühüm müttəfiqlərimizdən biri olaraq qalır. Mən Almaniya hökumətinə Ukraynanın özünümüdafiəsini gücləndirmək üçün etdiyi hər şeyə görə təşəkkür etmək istərdim”.
Pistorius Almaniyanın Kiyevi dəstəkləməyə hazır olduğunu açıqlayıb:
“Tərəfdaşlarımızla birlikdə biz Ukraynanın azadlıq, ərazi müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizədə dəstəyimizi davam etdirəcəyik”.
Yeganə