ABŞ-dan Aİ-yə TƏKLİF

75

ABŞ Çinlə qarşıdurmaya qoşulmaq üçün Avropa İttifaqına (Aİ) vergi güzəştləri təklif edib.

Elchi.az “Politico”-ya istinadən xəbər verir ki, Ağ Ev Aİ-yə mövcud ticarət mübahisələrini həll etməyi təklif edib.

Beləliklə, ABŞ rəsmiləri bəzi Avropa liderlərinə keçən il qəbul edilmiş iqlim qanunu çərçivəsində işləyən vergi subsidiyaları və stimullar vəd ediblər.

Qeyd olunur ki, bunun müqabilində Avropa ölkələri Çin bazarını tərk etməli olub və bunun üçün Almaniyanın hazır olmadığı üzə çıxıb. Berlin və Pekin arasında sıx ticarət əlaqələri qurulub.

“Qarşılıqlı fəaliyyət ABŞ və Avropa ölkələri arasında Çinin artan iqtisadi və hərbi gücünə necə cavab verməklə bağlı qalan fikir ayrılıqlarını ortaya qoydu”, – nəşr qeyd edib.

Yeganə