Amerika Birləşmiş Ştatlarının Federal Tibb İdarəsi 1-ci tip diabetə qarşı toxunulmazlığı təmin edən dərmanı təsdiqləyib.
Elchi.az xəbər verir ki, yeni hazırlanan dərman təkcə simptomları deyil, həm də xəstəliyin əsas mənbəyini idarə etmək iqtidarındadır.
Diabetə qarşı dərman müalicəsi üçün ümidlər artır.
ABŞ-da 1-ci tip diabetin inkişafını ləngidən immun preparat təsdiqlənib. Federal Dərman Ofisinin qərarının digər ölkələrdən təsdiq üçün yol açacağı gözlənilir.
İlk dəfə olaraq diabetin müalicəsi üçün xəstəliyin kök səbəbinə müraciət edildi.
2019-cu ildə aparılan araşdırmalar, dərmanın yüksək risk altında olan bəzi insanlarda xəstəliyin inkişafını orta hesabla üç il gecikdirdiyini göstərdi.
Belə ki, hazırlanmış dərmanın təkcə simptomları deyil, həm də xəstəliyin əsas mənbəyini idarə edə bildiyi bildirilir.
Yeni dərman insulin istehsal edən pankreas hüceyrələrinə hücumlarının qarşısını almaq üçün immunitet sistemini yenidən proqramlaşdırır.
Dünyada 8 milyon 700 min insanın 1-ci tip şəkərli diabet xəstəsi olduğu təxmin edilir.
Şayəstə