19FortyFive Rusiyanın Ka-52 “Alliqator” helikopterini “super yırtıcı” adlandırıb.
Elchi.az xəbər verir ki, Rusiyanın Ka-52 “Alliqator” helikopteri xüsusi hərbi əməliyyat zonasında Ukrayna bölmələrini uğurla məhv edir, bu barədə Peter Suçiu 19FortyFive üçün məqaləsində bildirib.
“Rus Alligator özünü super yırtıcı kimi göstərdi”, – nəşr yazır.
Müəllif həmçinin iddia edir ki, rusiyalı pilotlar “ovçuluq bacarıqlarını” inkişaf etdirir və buna görə də onlardan qorxmaq lazımdır, lakin “Alliqator” əsl yırtıcı olub və olaraq qalır.
Şayəstə Hüseynova