Tornadolar ABŞ-ın Oklahoma və Texas ştatlarını vurub. Oklahoma ştatında bir nəfər ölüb, Texasda isə 10 nəfər yaralanıb.
ABŞ-ın cənubundakı Oklahoma və Texas ştatlarında Tornado fəlakəti baş verib.
Elchi.az xəbər verir ki, Oklahoma ştatının McCurtain County fövqəladə hallar idarəsinin direktoru Cody McDaniel, 1 nəfərin öldüyünü açıqladı.
Tornadonun böyük ziyan vurduğu 7 minə yaxın əhalisi olan İdabel rayonunda kilsə, tibb məntəqəsi və məktəb dağılıb. McCurtain County fövqəladə halların idarə olunması koordinatoru Stiven Karter, “İdabelin cənub və şərq tərəflərində tam dağıntı olub” dedi. Oklahoma qubernatoru Kevin Stitt, axtarış-xilasetmə qrupları və generatorların İdabel bölgəsinə göndərildiyini ifadə edərək, “Tornadolardan təsirlənən Oklahoma xalqı üçün dua edirəm” dedi.
TEXASDA ƏN AZ 50 EV DAĞILIB
ABŞ Milli Meteoroloji Xidmətindən verilən açıqlamaya görə, tornadonun vurduğu digər ştat Texas olub. Texas ştatının Lamar dairəsində səlahiyyətlilər ən azı 50 evin zədələndiyini və ya dağıldığını, ikisi ağır olmaqla 10 nəfərin yaralandığını bildirib.
Şayəstə