"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

ABŞ-da Teymur Hüseynlinin boğazını kəsib öldürən qatilin məhkəməsi gedir

05 Noyabr 2014 - 12:10
in HADİSƏ
FacebookVatsap

70737_res_01ABŞ-ın İllinoys ştatında Azərbaycandan okeanın o tayına mühacirə etmiş Teymur Hüseynlini xüsusi amansızlıqla öldürən qatilin məhkəmə prosesi gedir.

Bunu da oxuyun

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib – FOTO

Virtualaz.org saytı xəbər verir ki, bu qətl hadisəsinə dair məhkəmədə baş verənlər haqda “Chicago Tribune” qəzeti yazıb.

Hadisə 2012-ci il, noyabrın 17-də İllinoysun Darien şəhərində baş verib. Bu şəhərin sakini olan 36 yaşlı Cozef Spitalli 31 yaşlı azərbaycanlı Teymur Hüseynlini onun internet vasitəsilə tanış olduğu litvalı qadının evindən oğurlayıb, daha sonra  mətbəx bıçağı ilə onun boğazını kəsərək qətlə yetirib.

Məhkəmə prosesində şahid qismində dindirilən Kristina Baltrimaviciene adlı həmin qadın deyib ki, Cozef Spitalli onun keçmiş boyfrendi olub. Qadın ifadəsində qətlin C.Spitalli tərəfindən törədildiyini, qurbanın isti qanının onun üzünə necə sıçradığını hələ də unuda bilmədiyini deyib.

Kristinanın bildirdiyinə görə, o, Spitalli ilə 2011-ci ildə online tanışlıq saytlarının birində tanış olub. Bu tanışlıq dostluğa çevrilib. Spitalli və qızı Kristina və oğluna qonaq gəliblər. Lakin 30 yaşlı qadın deyib ki, onların münasibətləri 2012-ci ildə korlandı.

Təxminən həmin vaxtlarda Kristina həmin tanışlıq saytında azərbaycanlı Teymur Hüseynli ilə tanış olub. Qətlin baş verdiyi gecə Hüseynli Baltrimavicienenin mənzilinə “şam yeməyinə və birlikdə filmə baxmağa” gedibmiş.

Kristinanın bildirdiyinə görə, Hüseynli ilə ertəsi gün saat 12:30 radələrində evdən öz avtomobili ilə çıxanda Spitalli qonşuluqdakı evdən çıxıb və ondan pul istəyib. Qadın pulunun olmadığını bildirib, bu vaxt Hüseynli ilə Spitalli arasında mübahisə olub. Onlar bir-birlərini itələyiblər.

Spitalli əvvəl uzaqlaşıb, sonra qəfildən geri dönərək Hüseynliyə arxadan hücum edib. Sonra onu zorla öz maşınına oturdaraq valideynlərinin yaşadığı evə aparıb. Kristina 911 xidmətinə zəng edərək kömək istəyib, özü də Spitallinin mənzilinə, azərbaycanlı dostuna köməyə gedib. Mənzilə çatanda görüb ki, Spitalli Hüseynlini qətlə yetirib.

Qadın ifadəsində bildirib ki, Spitalli bu qətldən sonra onu və öz qızını da öldürməklə hədələyib. Məhkəmədə qatilin vəkili onun azərbaycanlını qəsdən öldürmədiyini sübut etməyə çalışsalar da prokurorlar bunun əksini sübut edən dəlillər təqdim ediblər.

Prokuror köməkçisi Kirsten Korol deyib ki, qətlin qəsdən və xüsusi amansızlıqla törədildiyini sübut edən bütün dəlillər var.

“O, bıçaqla silahlanıb, arxadan hücum edib və praktiki olaraq Hüseynlinin boğazını üzüb” – deyə prokuror köməkçisi bildirib.

Dostlarının dediyinə görə, Teymur Hüseynli ABŞ-a 2010-cu ildə təhsil almağa gedib. O, Skokie şəhərindəki məktəbdə ingilis dili və kompüter elmləri üzrə təhsil alırmış. Dostları deyir ki, “Tima” çox xoşxasiyyət, sakit və savadlı gənc idi.

Xatırladaq ki, bundan əvvəl Amerika mətbuatı iki il əvvəl Massaçusets ştatının Boston şəhəri ətrafındakı evində seksual manyak tərəfindən qətlə yetirilən və cəsədəi oğurlanan, indiyədək tapılmayan azərbaycanlı miqrant Evelin Vəlibəyovanın işi haqda da geniş yazmışdı. Belə görünür ki, Amerika xəyallarının ardınca okeanın o tayına mühacirət edən azərbaycanlılar bir çox hallarda arzu etdikləri azadlıqları yox, amansız qatillərini tapmalı olurlar.

Virtualaz.org

Previous Post

ABŞ-da Teymur Hüseynlinin boğazını kəsib öldürən qatilin məhkəməsi gedir

Next Post

Putinin “sağ əli” müsəlman oldu – (Video)

Bənzər yazılar

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:53

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib. Bu barədə Elchi.az-a Daxili İşlər...

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:47

Narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Elchi.az-a verilən...

Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib – FOTO

Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib – FOTO

25 Avqust 2026 - 09:23

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkın Şahbuz rayonu ərazisində “İrimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı idarəetmənin və...

Ağdamda açıq sahədə yanğın başlayıb

Ağdamda açıq sahədə yanğın başlayıb

24 Avqust 2026 - 18:27

Ağdam rayonunun Gülablı kəndi ərazisində açıq sahələrdə güclü yanğın başlayıb. Elchi.az xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə...

Next Post

Putinin "sağ əli" müsəlman oldu - (Video)

Putinin "sağ əli" müsəlman oldu - (Video)

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın havası açıqlandı

25 Avqust 2026 - 12:27
DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

25 Avqust 2026 - 12:16
Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

25 Avqust 2026 - 12:07
Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:53
Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:47
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

25 Avqust 2026 - 11:33
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndəriblər

25 Avqust 2026 - 11:27
Medvedev Zelenskinin taleyini açıqladı

Medvedev Zelenskinin taleyini açıqladı

25 Avqust 2026 - 11:25
Makron “istəklilər koalisiyası” təlimlərini elan etdi

Makron “istəklilər koalisiyası” təlimlərini elan etdi

25 Avqust 2026 - 11:12
Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

Şara ölkəsinin yenidənqurma və yenidənqurma prosesinə qədəm qoyduğunu bildirib.

25 Avqust 2026 - 10:58
Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49
Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan XİN Uruqvayı təbrik etdi

25 Avqust 2026 - 10:42
Təhsil İdarəsi İncəsənət Gimnaziyasındakı son vəziyyəti açıqladı

Təhsil İdarəsi İncəsənət Gimnaziyasındakı son vəziyyəti açıqladı

25 Avqust 2026 - 10:39
Sirli və inanılmaz dərəcədə güclü yeni süni intellekt modeli ortaya çıxdı

Sirli və inanılmaz dərəcədə güclü yeni süni intellekt modeli ortaya çıxdı

25 Avqust 2026 - 10:30
Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Bu ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

25 Avqust 2026 - 10:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.