ABŞ-ın Virciniya ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Virciniya əyalət polisindən verilən açıqlamada, “IAI Astra 1125” tipli iki mühərrikli şəxsi təyyarənin Virciniya ştatının Bath bölgəsində qəzaya uğradığı bildirilib.
Açıqlamada təyyarənin qəzaya uğramasından sonra yanğının başladığı, təyyarədə olan biri uşaq olmaqla 5 nəfərin öldüyü bildirilib.
Federal Aviasiya İdarəsi də qəza ilə bağlı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası ilə birgə araşdırma aparacaqlarını açıqlayıb.
Nuranə Məmmədova