ABŞ-da qaçan məhkumun tutulması cəhdləri davam edir

69

ABŞ-ın Pensilvaniya ştatında sentyabrın 1-də həbsxanadan qaçan 34 yaşlı Braziliya əsilli Danelo Kavalkantenin axtarışlarının davam etdiyi və qaçanın gizləndiyi meşəlik ərazini tərk edərək şəhərə doğru getdiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, CNN-in məlumatına görə, Pensilvaniya polis məmuru Cork Bivens verdiyi açıqlamada, Kavalkantenin “Pensilvaniyadan qaçmaq üçün kifayət qədər resursunun olmadığını” və yerdə qaçan məhbus tərəfindən aparıldığı güman edilən mikroavtobusun tapıldığını bildirib.
Bivens, Kavalkantenin tutulması ilə bağlı məlumat verənlərə veriləcək mükafatın 25 milyon dollara qədər artırıldığını açıqlayıb.

Kavalkantenin tutulmasında əməkdaşlıq etməyən bacısının viza müddəti bitdiyi üçün deportasiya ediləcəyini bildirən Bivens, qaçan məhbusa kömək edən və ya kömək təklif edənlərin mühakimə olunacağını bildirib.
Bivens bildirib ki, tanışı ilə görüşə gedən və qapı kamerasına düşən qaçan məhbus saqqalını kəsərək görünüşünü dəyişib.
Sentyabrın 1-də Pensilvaniya ştatında sevgilisini öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən braziliyalı Danelo Kavalkante Çester rayonundakı həbsxanadan qaçıb.
“Keçmiş dəstə üzvü” olduğu bildirilən Kavalkantenin 2017-ci ildə Braziliyada ona borcu olan şəxsi öldürdüyü üçün axtarışda olduğu daha əvvəl paylaşılmışdı.
Kavalkante 2021-ci ilin aprelində keçmiş sevgilisini qətlə yetirdiyinə görə saxlanılıb.

Nuranə Məmmədova