ABŞ-da prezidentliyə namizədlərin yaş böhranı

100

ABŞ-da 2024-cü il üçün ən güclü namizədlər hazırkı prezident Bayden və keçmiş prezident Trampdır. Ancaq hər ikisinin yaşı mübahisə mövzusudur. NBC News-un son sorğusuna görə, cəmiyyətin 77 faizi siyasətçilər üçün yaş məhdudiyyətinin olmasını istəyir.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin 2024-cü ildə namizəd olacağı təqdirdə onun 82, ən böyük rəqibi Trampın isə 78 yaşı tamam olacaq.
Xüsusilə gənc seçicilərin böyük reaksiya verdiyi bu vəziyyət təkcə iki namizəd üçün keçərli deyil.
İki mühüm siyasətçinin ötən həftə verdiyi açıqlamalar müzakirələrə səbəb olub.
Kameralar qarşısında iki dəfə donub qalan 81 yaşlı Respublikaçı Senat lideri Mitch McConell hakimiyyəti təhvil verməyəcəyini açıqlayıb.
Demokratların önəmli simalarından olan Nümayəndələr Palatasının keçmiş sədri, 83 yaşlı Nensi Pelosi 2024-cü ildə yenidən namizəd olacağını açıqlayıb.
Bu hadisələrə ən sərt reaksiya isə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heylidən gəlib.
Heyli, ABŞ Senatının “ölkədə ən imtiyazlı qocalar evi” olduğunu söylədi.
Senatdakı ən yaşlı şəxs 31 ildir ki, Konqresdə xidmət edən 90 yaşlı Kaliforniya senatoru Dianne Fainstein-dir.
Feinstein, yalnız bəli və ya yox səsinin olduğu bir iclasda sahib olduğu məlumatları oxumağa davam etdi və məsləhətçilərinin xəbərdarlığı ilə səsini izah edə bilməsi gündəmə gəldi.
Cəmiyyətin bu məsələyə reaksiyası sorğularda da özünü göstərir.
NBC News-un son sorğusuna görə, amerikalıların 77 faizi siyasətçilər üçün yaş məhdudiyyətinin olması lazım olduğunu bildirib.

Şayəstə Hüseynova