Efiopiya bu gün 2016-cı ili qarşılayacaq

70

Öz təqvimindən istifadə edən Şərqi Afrika ölkəsi Efiopiya bu gün 2016-cı ilə girməyə hazırlaşır.
Elchi.az xəbər verir ki, hər il 11 və ya 12 sentyabrda yeni ili qarşılayan 120 milyon əhalisi olan ölkə bu gün 2016-cı ilə qədəm qoyur.
Bu gün ölkədəki bütün rəsmi qurumlarda Yeni il bayramı olacaq.
Baş nazir Abiy Əhməd təbrik mesajında ​​keçən il bir çox çətinliklərin öhdəsindən gəldiklərini ifadə edərək, yeni ildə bütün efiopiyalılara xoşbəxtlik arzulayıb.
Hökumət həmçinin ölkənin ən böyük iqtisadi layihələrindən biri olan Hedasi bəndinin doldurulmasını yeni ilin başlanğıcına uyğunlaşdırıb.
“Enkutataş” kimi tanınan ilin ilk günü yağışlı mövsümün sonu və məhsul yığım mövsümünün başlanğıcı hesab olunur.

Şayəstə Hüseynova