Yuta ştatında davam edən meşə yanğınında təxminən 24.000 hektar ərazi yanıb və çoxsaylı yaşayış məntəqələri və düşərgələr üçün təxliyə əmrləri verilib.
Elchi.az xəbər verir ki, ABC News-un məlumatına görə, 22 iyunda Yuta ştatının Biver dairəsində başlayan yanğın yüksək temperatur, quraqlıq və saatda təxminən 80 kilometrə çatan küləklər səbəbindən sürətlə yayılıb.
ABŞ Meşə Xidmətinin açıqlamasında yanğının təxminən 24.000 hektara çatdığı bildirilib.
Ştat rəsmiləri yanğının hələ nəzarət altına alınmadığını və yaşayış məntəqələrinə çatmaq riski yaratdığını qeyd ediblər.
Rəsmilər bu risk səbəbindən çoxsaylı yaşayış məntəqələri və düşərgələr üçün məcburi təxliyə əmrlərinin verildiyini açıqlayıblar.
ABŞ Milli Hava Xidməti (NWS) həmçinin Yuta ştatının böyük hissələri üçün yüksək yanğın riski xəbərdarlığını saxlayıb və aşağı rütubət və güclü küləklərin mövcud yanğınların böyüməsinə və yenilərinin başlamasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Rəsmilər Biver dairəsindəki yanğının Yuta ştatında tüğyan edən yüzlərlə yanğının ən böyüyü olduğunu və hazırda ştatda 353 yanğının aktiv olduğunu bildiriblər.
Şayəstə




















