ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan edilib.
Axar.az xəbər verir ki, buna səbəb 18 yaşlı bir gəncin ölümündən sonra ştatda yaranan etiraz dalğası olub.
Bu barədə məlumat verən Missuri ştatının qubernatoru Cey Nikson avqustda Sent-Lüis şəhərinin Ferquson məhəlləsində zənci gənc Maykl Brounun polis məmuru Darren Uilson tərəfindən öldürülməsindən sonra ikincinin məhkəmə prosesində qarışıqlıq yaranmaması üçün bu addımın atıldığını deyib.