ABŞ prezidenti Co Bayden ilə Texas əyaləti arasında sərhəd təhlükəsizliyi müzakirələrində Texası dəstəkləyərək ABŞ-ın 25 ştatının Baydenə qarşı birgə bəyanat imzalaması ilə alovlanan böhran böyüyür.
Elchi.az xəbər verir ki, 14 əyalət qubernatoru Texas qubernatoru Qreq Ebbotla birgə mətbuat konfransı keçirərək, ABŞ prezidenti Baydenə qarşı olduqlarını bütün ölkəyə açıqlayıb.
Hadisələrin əsas aktyorlarından biri olan Texas qubernatoru Greg Abbott, federal hökumət və Ali Məhkəmə ilə sərhəd mübahisəsinin olduğu Eagle Pass şəhərindəki sərhəd məntəqəsində respublikaçı qubernatorlarla birgə mətbuat konfransı keçirdi.
Corciya, Arkanzas, İndiana, Missuri və Tennessi kimi 14 ştatın respublikaçı qubernatorları mətbuat konfransında kameralar qarşısına keçərək Abbottu dəstəklədiklərini nümayiş etdiriblər.
Nuranə Məmmədova