ABŞ-da 1999-2020-ci illər arasında 1,6 milyondan çox qaradərili ölüb

605

Yeni bir araşdırma, 1999-2020-ci illər arasında ABŞ-da ağlarla müqayisədə 1,6 milyondan çox qaradərilinin öldüyünü ortaya qoyub.
Elchi.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Amerika Tibb Assosiasiyasının (JAMA) jurnalında dərc olunan yeni araşdırmada 1999-2020-ci illər arasında ölüm halları araşdırılıb.
Tədqiqat belə nəticəyə gəlib ki, qaradərililər ağlardan daha çox “qeyri-mütənasib” ölür.
Qaradərili kişi ölümlərinin ağdərili kişilərdən 997 min 623 çox olduğunu təyin edən araşdırmada, qaradərili qadınların ağ dərili qadınlardan 628 min 464 çox öldüyü təyin olundu.
Araşdırmada ən çox ölüm səbəbinin ürək xəstəlikləri olduğu, ölümlərin isə daha çox körpə və orta yaşlı insanlarda müşahidə edildiyi qeyd edilib.
ABŞ-da sağlamlıq bərabərliyi ilə bağlı müzakirələr davam edərkən, qaradərililərin ağlara nisbətən daha çox öldüyünü ortaya çıxaran araşdırmanın sağlamlıqdakı mövcud vəziyyətin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərdiyi vurğulanıb.

Şayəstə Hüseynova