Çin Xalq Respublikasının hərbi-dəniz qüvvələri atom sualtı qayıqlarını uzun mənzilli “JL-2” ballistik raketləri ilə təchiz etməyə hazırlaşır. Nəzərə almaq lazımdır
ki, çinlilərin “Jin” tipli atom sualtı qayıqları ən son stels-texnologiyalar əsasında yaradılıb. Publika.az xəbər verir ki, çinlilərin hazırlığı Amerika Birləşmiş Ştatlarını təşvişə salıb və Konqresdə müzakirələrə səbəb olub. Hazırda Çin hərbi-dəniz qüvvələrində “Jin” tipli 3 sualtı qayıq var. 2020-ci ilədək daha 2 belə qayıq istifadəyə veriləcək. Hər sualtı qayıqda 12 “JL-2” ballistik raket var. Bu raketlərin 7400 kilometrdən hədəfi vurmaq qabiliyyətinə malikdir. Demək, Çin bu raketlərlə öz sahilyanı ərazilərindən Alyaska ştatını asanlıqla vura bilər. Əgər qayıqlar Yapon arxipelaqının yanında mövqe tutsalar, onda Havay adaları və daha 50 ştat bu raketlərin birbaşa hədəfində olacaq. Hələlik sualtı qayıqlar Cənubi-Çin dənizində təlim keçir. Amerikalı ekspertləri həyəcanlandıran isə odur ki, bu sualtı qayıqlar döyüş növbəsinə çıxarkən onların yerini müəyyən etmək mümkün olmayacaq.
Aİ Çin şirkətlərini hədəf alıb
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini müzakirə etdiyi bir vaxtda, Aİ-nin xarici işlər nazirləri iyunun 15-də Lüksemburqda keçiriləcək...



















Son şərhlər