"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Əli Kərimlini niyə “alan” yoxdur?

09 Dekabr 2014 - 11:20
in KÖŞƏ YAZILARI
FacebookVatsap
Əli Kərimli və başındakı bir neçə nəfərdən ibarət dəstə sakitləşmək, abrına qısılmaq istəmir. AXCP adlı partiyanın siyasi fəaliyyəti xeyli vaxtdır ancaq “Yeni img1352658Müsavat” qəzetini şərləməyə yönəlib. Biz də bu adamların böhtanlarına cavab veririk, şər qüvvədən müdafiə olunuruq.
Əslində qaragüruha zaman sərf etmək heç ürəyimizcə deyil, daha ciddi işlərlə məşğul olmağı uyğun  bilirik. Üstəlik, onsuz da məhkəməyə müraciət etmişik və onsuz da bu adamlar iddialarını məhkəmədə sübut etmək məcburiyyəti ilə üzləşəcəklər. Fəqət, adamların bu böhtanlarını da cavabsız buraxmaq olmur. Ha çalışırıq daha bunlara baş qoşmayaq, amma elə hərəkətlər edirlər ki, tərəfimizdən ifşa olunmaları zərurətə çevrilir. Vəziyyət o yerə çatıb ki, “Azadlıq” qəzetinin şənbə sayında “Yeni Müsavat”a, onun baş redaktoruna, kollektivinə hədyan dolu 7 məqalə həsr edilib. Bundan əvvəlki sayda isə 6 yazı dərc olunub. Dünənkində daha 3… Bu məqalələrin bəzilərini AXCP sədri Əli Kərimli özü yazır. Həyasızlıqları o yerə çatıb ki, Əli Kərimlinin “Azadlıq”dakı müridlərindən olan, xəstəxanaların birinin baş həkimindən şantaj yolu ilə pul qoparmağa çalışan “yazar” da öz zəhməti ilə dolanan kollektivimizə qarşı nalayiq, əslində özünün və liderinin layiq olduğu ifadələri işlədib…
Gedişat onu göstərir ki, adamlar əndazəni aşırlar; “Azadlıq”ın son üç sayında üst-üstə “Yeni Müsavat”a qarşı 16 yazı həsr etmək, hamısını da Əli Kərimlinin özünün layiq olduğu təhqiramiz ifadələrlə “zənginləşdirmək” bütün ölçüləri itirmək anlamına gəlir. Biz elə hesab edirdik ki, Nazim Sabiroğlunun, Zabil Müqabiloğlunun, Zahid Səfəroğlunun, Xalid Kazımlının, mənim kollektivimizdən əl çəkmələrinə dair son yazılarımızdan sonra Ə.Kərimlinin dəstəsi özünə yığışar, bir nəticə çıxarar. Amma bunlar tamamilə tərsini edir və nə qədər gülməli (və ağlamalı) olsa da, məhz onlar kimi düşünməyimizi, Kərimlinin maraqlarına uyğun yazıb-pozmağımızı tələb etməkdə israrlıdırlar. Ay adamlar, biz qətiyyən sizin kimi düşünə bilmərik, bizim özümüzün düşüncələrimiz sizdən sağlamdır, mütərəqqidir, sağlamdır və xalqa daha faydalıdır. İkincisi, biz ağı qaradan seçməyi bacarırıq, Əli Kərimlinin məqsədinin nə olmasından da xəbərdarıq (Onun məqsədinin nə olması haqda az sonra danışacağıq). Biz siyasi təşkilat deyilik, firqə qəzeti deyilik, bütövlükdə hamının oxuya biləcəyi, müstəqil, Qərb dəyərlərinə uyğun çap mediası kimi çalışmaq istəyirik. Qəzetin işi zatən budur. Əgər bizim yazdıqlarımız sizin missiyanıza uyğun deyilsə, qələmimizdən çıxanlardan xoşlanmırsınızsa və mozaxist deyilsinizsə, oxumayın “Yeni Müsavat”ı və musavat.com-u. Nə özünüzə əzab verin, nə də bizə “niyə belə yazırsınız” kimi düşük suallar verməyin, maraqlarınıza uyğun olmayan yazılarmıza görə bizə böhtan da atmayın. Gedin, siz öz işinizlə məşğul olun, biz də öz işimizlə məşğuluq. Hər kəsə Allah öz tutduğu, doğru hesab etdiyi yolda kömək olsun.
Yox, əgər siz bütün siyasətinizi “Yeni Müsavat”ın yazıları və qəzetimizi şərləmək üzərində qurmaqda, böhtanlar yağdırmaqda, mənasız təftişçilikdə davam edəcəksinizsə, deməli məqsədiniz başqadır. Bu xətti davam etdirməklə, “zopa siyasəti”ni gündəmdə saxlamaqda maraqlı olduğunuzu bir daha ortaya qoymuş olursunuz. Bununla – bütün ictimai-siyasi yüklü qüvvələrə “satılmışlar” damğasını vurmaqla, Əli Kərimlinin “müxalifətin əsas siması” (!) obrazını formalaşdırmaqla nəyə nail olmaq istədiyinizi guya kimsə bilmir? Məqsəd, daha dəqiqi, qəzəbinizin səbəbi odur ki, iqtidar niyə Əli Kərimlini saymır, onu “almaq”, onunla əməkdaşlıq etmək istəmir. Hazırda belə bir mənzərədir; sanki iqtidar səxavət kisəsini açıb hər kəsə pul paylayır, 2015 seçkilərində mandat hazırlayır, Əli Kərimli yada düşmür və bu da bərk qeyzlənir, hirsini bizdən çıxır ki, siz olmasanız mənə verərdilər o paraları və mandatı. Birbaşa AXCP sədrinin özünün qələmindən çıxan yazılarda bununla bağlı iqtidara dolayısı ilə dəfələrlə “bizi satın alın, biz daha yaxşıyıq” çağırışlar edilib…
Yoldaşlar, başa düşürük ki, Əli Kərimli “siyasi alver” qaydalarını 1995-ci ildən üzü bu yana tam mənimsəyib, indiki oyunbazlıqları da həmin ənənənin davamıdır. Amma lütfən, bu hoqqabazlıqlarınızı  “Yeni Müsavat”ı şərləmək hesabına həyata keçirməyin. Bu cəhdlərinizi anındaca ifşa edirik və edəcəyik…
Əgər satılmağa startda dayanmış Əli Kərimlini iqtidar satın almaq istəmirsə, bunda bizim günahımız yoxdur, bizim üzərimizə böhtan atmayın…

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Previous Post

Əli Kərimlini niyə “alan” yoxdur?

Next Post

Taleh Heydərov baş məşqçini qovdu

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Taleh Heydərov baş məşqçini qovdu

Taleh Heydərov baş məşqçini qovdu

Son xəbərlər

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.