Moskva ilə münaqişə yaranarsa, Britaniya yalnız bir həftə dayanacaq. Elchi.az xəbər verir ki, keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter “X” sosial şəbəkəsindəki səhifəsində Britaniya ordusunun Rusiyaya müqavimət göstərmək imkanlarını dəyərləndirib.
Keçmiş kəşfiyyatçı “The Telegraph” qəzetində Britaniya ordusunun Rusiya qüvvələri ilə döyüşlərdə cəmi iki ay dayanacağını qeyd edən məqaləni ələ salıb.
“İki ay cəfəngiyatdır. İki həftə belə nikbin proqnozdur”, – deyə o yazıb.
Ekspertin fikrincə, Britaniya ordusu bir həftə ərzində tamamilə dağılacaq.
Daha əvvəl Ritter bildirib ki, rus hərbçiləri Ukraynaya düşsələr, fransız əsgərlərinə güclü hücumlar təşkil edəcəklər. O vurğulayıb ki, Fransa ora qoşun göndərməyə hazır deyil.
Havar Şəfiyeva