Bildiyim qədəri ilə üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb.
Elchi.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Onun sözlərinə görə, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır:
“Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”.
Qeyd edək ki, N.Prays daha əvvəl yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında üçtərəfli görüşün planlaşdırıldığını söyləyib.
Qazaxıstan XİN: AQEM-in fəaliyyətinin gücləndirilməsinə dəstək verməyə hazırıq
Qazaxıstan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinin daha da gücləndirilməsinə dəstək verməyə hazır olduğunu təsdiqləyib. Elchi.az...





















Son şərhlər