“Məndə bu qənaət güclənir ki, proseslər İrana doğru yön alır. Ancaq ortada bəzi təzadlar zənciri də var ki, bu da enerji siyasətində İranın roluna görədir”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında bildirib:
“Qərb “Transxəzər” layihəsindəki İranın rolunu dəyərləndirdiyindən Tehranın enerjisini bu istiqamətdə tükətmək istəməyəcək.
Bununla belə İran “əbədi düşmən”dir. İndiki şəraitdə Ermənistan məsələsinin “qırmızı rəngləri” fonunda ABŞ-İran sövdələşməsi yalnız qısamüddətli ola bilər və elə də effektiv deyil.
ABŞ Azərbaycanı İranın ayağına verməz, çünki İsrail kimi müttəfiq də buna razı olmaz.
Təzadlar və uyğunluqlar labirintində hadisələr hansı məcraya sürüklənəcək?
Azərbaycan indi maksimum ehtiyatlı olmalı, böyük maraqlar oyununda yemə gəlməməlidir”.
Şayəstə