ABŞ administrasiyası Avropa ölkələrinin ABŞ şirkətlərinin Avropa İttifaqı silah bazarına çıxışını məhdudlaşdıracağı təqdirdə sərt cavab tədbirləri görəcəyi ilə hədələyib.
Elchi.az xəbər verir ki, bu barədə Avropa nəşri “Politico” məlumat yayıb.
ABŞ hərbi qurumunun nümayəndələri bildiriblər ki, Vaşinqton ABŞ istehsalçılarının Aİ ölkələrinin dövlət müdafiə satınalmalarında iştirakını məhdudlaşdıra biləcək hər hansı dəyişikliklərə qəti şəkildə qarşı çıxır. Onların sözlərinə görə, Avropanın proteksionist siyasəti diskriminasiya xarakteri daşıyır, çünki “Avropa şirkətləri ABŞ bazarından böyük fayda əldə etdiyi halda, Amerika şirkətləri bazardan sıxışdırılır”.
Politico-nun məlumatına görə, cavab tədbirləri Avropa şirkətlərinin ABŞ silah bazarına girişinin bağlanması ilə nəticələnə bilər.
Məryəm




















