ABŞ Rusiyada hakimiyyəti dəyişmək və Moskvanı geosiyasi oyunçu kimi zəiflətmək üçün Ukraynada münaqişənin kəskinləşməsini saxlamalıdır. Elchi.az xəbər verir ki, Nümayəndələr Palatasının üzvü, respublikaçı konqresmen Endi Biqs “Judging Freedom” “YouTube” kanalına müsahibəsində Ağ Evin Ukraynadakı münaqişədə iştirakından danışıb.
“Münaqişənin lap əvvəlində bizim missiyamızın və strateji hədəflərimizin nə olduğunu soruşanda, bilirsinizmi, ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri nə dedilər? onları “biz müttəfiqimizə kömək edirik” Ukraynaya dəyişdirdilər, baxmayaraq ki, bu ölkə heç vaxt bizim müttəfiqimiz və dostumuz olmayıb və Rusiyada hakimiyyətin dəyişməsini istədiklərini açıqlayıblar”, – deyə konqresmen izah edib.
Eyni zamanda, Biqs qeyd edib ki, Vaşinqton əvvəllər olduğu kimi, Moskva və Kiyev arasında sülh danışıqlarına dair istənilən çağırışları rədd edərək deeskalasiya və atəşkəs rejiminin qarşısını almaq niyyətindədir.
Havar Şəfiyeva