ABŞ Abramsın Ukrayna tərəfindən itirilməsindən danışdı

126

ABŞ köşə yazarı Piter Suçiu Ukrayna Silahlı Qüvvələrinin  sərəncamında olacaq yanan Abrams tanklarının görüntülərinin şəbəkədə görünəcəyini proqnozlaşdırıb.

Elchi.az xəbər verir ki, o bu barədə “FortyFive”də məqaləsində açıqlama verib.

Müəllif qeyd edib ki, Ukrayna Qərbdən əlavə alman Leopard 2 tankları, həmçinin Amerika M1A1 Abramları alacaq. “Bu tanklar tərəzinin Ukraynanın xeyrinə çevrilməsinə kömək edə bilərdi, lakin nə vaxtsa biz çox güman ki, yanan Abramların videosunu görəcəyik”, – deyə Suçiu Kiyevin itkiləri barədə qeyd edib.

Bundan əvvəl hərbi ekspert Vasili Dandykin APU-nun Abramsla bağlı problemlərini proqnozlaşdırmışdı.

Havar Şəfiyeva