ABŞ İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılan iki qiymətli əsəri İraqa təhvil verəcək.
Elchi.az xəbər verir ki, bu barədə İraq XİN-in sözçüsü Əhməd əl-Səhhaf məlumat verib.
O bildirib ki, 4 min il bundan əvvələ aid olan hər iki əsər yanvarın 20-də İraqın Los-Ancelesdəki Baş Konsulluğuna təhvil veriləcək:
“Birinci əsər qədim Şumerin Ur şəhərinə aid mixi yazı lövhəsidir, ikincisi isə qədim Babil dövrünə aid mixi yazının fraqmentidir”.