ABŞ 2 amerikalı jurnalisti edam etmiş “İslam Dövləti” qruplaşmasının üzvünün kimliyini müəyyən edib

🗓 26.09.2014 03:45 ✍️ "Elçi" qəzeti
Federal Təhqiqatlar Bürosu (FTB) iki amerikalı jurnalistin başını kəsərək edam etmiş “İslam Dövləti”c18dd9aa25843a7ecfccfc6041fc638b qruplaşmasının üzvünün kimliyini müəyyən edib.
  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə FTB-nin rəhbəri Ceyms Korni “Röyters” agentliyinə bildirib.   Ceyms Korni qatilin adını və hansı dövlətin vətəndaşı olduğunu açıqlamayıb. FTB rəhbəri, həmçinin, ABŞ-ın Suriyada terrorçularla mübarizə apardığını və əməliyyatlara cəlb edilmiş hərbçilərin əksəriyyətinin vətənə döndüyünü qeyd edib.   Xatırladaq ki, avqustun 20-də internetdə amerikalı jurnalist Ceyms Foulinin edam səhnəsi olan videoyazı yayılıb. Sentyabrın 2-də isə ikinci amerikalı jurnalist Stiven Sotloffun edam videosu yayılıb.

Bənzər yazılar