ABŞ Hərbi Hava Qüvvələri avqustun 29-da Kabildə 10 mülki şəxsin ölümü ilə nəticələnən hava hücumu ilə bağlı araşdırmasını başa çatdırıb.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin baş müfəttişi general Sami Səid məlumat yayıb.
ABŞ Hərbi Hava Qüvvələrinin araşdırmasında ABŞ ordusunun avqustun 29-da Kabildə həyata keçirilən hava hücumundan 2 dəqiqə əvvəl sözügedən ərazidə uşaq olduğunu müəyyən etdiyi, lakin buna baxmayaraq, hücumu həyata keçirdiyi ortaya çıxıb.
“Bu kədərli hücum zamanı istifadə edilən səlahiyyət və nişanlanma qaydaları Həmid Kərzay hava limanında ABŞ qüvvələrinə qarşı təhdid nəzərə alınmaqla ağlabatan idi. İstintaqda hər hansı qanun pozuntusu aşkar edilməyib”.