İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın pilotsuz təyyarələrinin Ukraynada istifadəsi ilə bağlı iddiaları təkzib edib və vurğulayıb ki, Qərb Tehrana qarşı nəticəsiz ittihamlara son qoymalıdır.
Elchi.az bu barədə “Mehr” agentliyinə istinadən xəbər verir.
Abdullahiyan “Twitter” səhifəsində İranın Ukraynadakı müharibədə Rusiyaya hərbi yardım göstərməsi ilə bağlı iddiaları təkzib edərək, İran pilotsuz təyyarələrinin Ukraynada istifadəsi ilə bağlı iddiaların yalan olduğunu deyib.
“İran və Ukraynanın siyasi və hərbi nümayəndə heyətləri ikinci görüşü keçirməli idilər, lakin bəzi Qərb partiyaları yalnız bəyanatlar verir və heç bir sənəd təqdim etmirlər”, – Abdullahiyan deyib.
“Qərb bu nəticəsiz oyunu dayandırmalıdır. İran sülhü dəstəkləyir və müharibəyə qarşıdır”, -deyə, iranlı nazir vurğulayıb.
ABŞ və NATO rəsmiləri və kütləvi informasiya vasitələri bir neçə aydır ki, İranın Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyanı yüzlərlə pilotsuz təyyarə ilə təmin etdiyini iddia edirlər. Rusiya və İran rəsmiləri bu ittihamları rədd edərək, Qərb ölkələrini onlardan Kiyevə öz silah tədarükünə haqq qazandırmaq üçün istifadə etməkdə ittiham ediblər.
Yeganə