"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Abbasqulu bəy Şadlinskini kim öldürüb?

24 Mart 2016 - 03:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Abbasqulu bəy Şadlinskinin yanındakı Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı olub.

Bunu da oxuyun

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

 

Axar.az tarixçi-şair Aqil Kəngərli ilə müsahibəni təqdim edir:

 

– Aqil bəy, xalqımızın qəhrəman oğlu Abbasqulu bəy Şadlinski haqda nələr məlumdur?

 

– Azərbaycan xalqının 20-ci əsr qəhrəmanlıq tarixində xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin mühüm yeri var. O, 1886-cı ildə qərbi Azərbaycanda – Vedibasar mahalının Vedi kəndində anadan olub. Haqqın, ədalətin tərəfdarı olan Abbasqulu bəy gənc yaşlarından ermənilərin haqsızlığının, yalançılığının, vəhşiliyinin, nankorluğunun şahidi olub və ömrünün sonuna qədər onlara qarşı mübarizə aparıb.

 

Rusiya imperiyasının çökməsi nəticəsində müstəqil Azərbaycan və Gürcüstan cümhuriyyətləri yaradıldıqda erməni daşnakları da dövlət qurmaq fikrinə düşdülər. Buna isə qonşu dövlətlərin ərazisi hesabına nail olmaq istəyirdilər. Onlar Göyçə, Zəngəzur, Dərələyəz, Loru-Pəmbək və digər qədim türk torpaqlarında qətllər törətməyə, yerli türk-müsəlman əhalisini məhv etməyə və öz torpaqlarından qovub çıxartmağa başladılar. Xalqın mərd oğulları erməni hücumlarının, nizami daşnak ordusunun həmlələrinin qarşısını almaq üçün özünü müdafiə dəstələri düzəldərək, mübarizə aparırdılar. Belə özünümüdafiə dəstələrindən birinə – Vedibasar özünü müdafiə dəstəsinə Abbasqulu bəy başçılıq edirdi. Vedibasar, Dərələyəz, İrəvan mahallarında öz igidliyi ilə seçilən Abbasqulu bəy daşnak hücumlarının qarşısını məharətlə almış, onları dəfələrlə ağır itkiyə məruz qoymuşdu. Silah gücü ilə Abbasqulu bəyə bata bilməyən daşnaklar onu ələ almaq, şirnikləndirmək metodlarına da əl atmışlar. Öz vətəninə, millətinə sadiq olan Abbasqulu bəy onların bütün iyrənc təkliflərini rədd etmişdir.

 

– Babam Abbasqulu bəy Şadlinski ilə bağlı xatirələrini danışarkən, onun bolşeviklərin tərəfinə keçməsini belə əsaslandırırdı ki, daşnaklara qarşı mübarizə aparıb, onları torpaqlardan təmizləmək üçün bu addımı atmışdı. Çünki babamın atası Qırmızı taborda onunla birgə savaşmışdı. Səhv etmirəmsə, 1920-ci ildə Şərur-Dərələyəzin insanları Maku vilayətinə keçmişdilər. Sonradan Abbasqulu bəy strategiyasını dəyişməyə məcbur oldu və bolşeviklərə yaxınlaşma xəttini tutdu…

 

– Mənim ata yurdumun – Dərələyəzin Sallı kəndinin əhalisini tamamilə qırılmaqdan qoruyan, ərzaqla təmin edən, sonra isə cənubi Azərbaycanın Maku şəhərinə keçirən məhz Abbasqulu bəy və onun dəstəsi olub. Nənəm hələ 70-ci illərin axırlarında mənə bu insanın igidliyindən söhbət açmışdı və gördüklərini danışmışdı. Ana tərəfdən Abbasqulu bəylə eyni ərazidən -Vedibasardan olduğumdan yaşlı qohum-əqrəbamdan onun haqqında çox şey eşitmişəm. Babamın indi 92 yaşı var, sağ-salamatdır və o, bu gün də Vedibasar igidlərindən, ilk növbədə isə Abbasqulu bəydən ağızdolusu danışır. Abbasqulu bəyin dəstəsində Kərbalayı İsmayıl, Qəmlo, Keçəl Teymur, Səttar oğlu Musa, Məhərrəm kimi igidlər döyüşüb. Bir müddət cənubi Azərbaycanda qalan Abbasqulu bəy yenicə Sovet hakimiyyəti qurulmuş Naxçıvana çağırılır. Naxçıvana gələn Abbasqulu bəy 400 nəfərdən ibarət “Qırmızı tabor” yaradır və Zəngəzurun, Dərləyəzin daşnaklardan təmizləməsində mühüm rol oynayır. Ermənistan sovetləşdirildikdən sonra dinc əməklə məşğul olur, sement zavodunun tikintisində çalışır .

 

– Bu gün Abbasqulu bəyin öldürülməsi ilə bağlı ziddiyyətli fikirlər bildirilir. Əslində, Abbasqulu bəyi kim qətlə yetirdi və onun öldürülməsində əsas məqsəd nə idi?

 

– Şübhəsiz ki, bolşevik cildinə girən daşnaklar 1918-20-ci illəri unutmamışdılar və Abbasqulu bəydən qisas almağa çalışırdılar. Kolxoz quruculuğu ilə razılaşmayan, sovet hökümətinə tabe olmayan və Abbasqulu bəyin keçmiş silahdaşı və dostu olan el ağsaqqalı Kərbəlayı İsmayılı dilə tutmaq, yola gətirmək üçün məhz onu göndərdilər. Onun həyatının bu hissəsi mərhum yazıçımız Fərman Kərimzadənin “Qarlı aşırım” əsərində əks olunur. Burda əsas məqsəd Abbasqulu bəyi aradan götürmək, həmçinin keçmiş dostları, onların tərəfdarlarını, qohum-əqrəbalarını üz-üzə qoymaq idi. Bu, erməni xislətidir. Əslində Abbasqulu bəyin ölümündə nə Qəmlonun (onun əsl adı Qəmbəralı olub), nə Kərbəlayı İsmayılın günahı var. Bu, Ermənistanın o vaxtkı xüsusi xidmət orqanlarının əli ilə törədilib. Bu haqda bizim tədqiqatçılarımız kifayət qədər yazıblar. Mənim babamdan eşitdiyim isə odur ki, Abbasqulu bəy və Xəlillə (o, kolxoz sədri olub ) birlikdə olan 3-cü şəxs – yəni Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı olub.

 

– Bəs, əvvəldən Abbasqulu bəyin Kərbəlayi İsmayılla, Qəmlo ilə arasında hansısa bir ziddiyyət olubmu? Bəzi tarixçilər deyirər ki, 20-ci illərin əvvəllərindən onların arasında soyuqluq yaranmağa başlayırdı. Bu haqda nə deyə bilərsiniz?

 

– Vaxtilə Abbasqulu bəy də, Qəmlo da, Kərbəlayı İsmayıl da daşnaklara qarşı birgə vuruşublar. Əslində, Qəmlo filmdə göstərildiyi kimi qəddar adam olmayıb, amma vuran-tutan, igid adam olub. Mən uşaq vaxtı Qəmlonun oğlu İbrahim kişini İmişlidə görmüşdüm. Abbasqulu bəydən sonra Qəmlonu da aradan götürürlər. Onu bir məclisə dəvət edib, sonra isə xaincəsinə güllələyirlər. Mən ağsaqqallardan eşitdiyimə görə, ona gizlindən güllə atan adamın adı Şirəli olub. Kərbəlayı İsmayıl isə Türkiyəyə keçir və 1948-ci ildə İqdırın Daşburun kəndində 78 yaşında vəfat edir.

 

Previous Post

Abbasqulu bəy Şadlinskini kim öldürüb?

Next Post

Soydaşlarımızı niyə Ermənistana gedir?

Bənzər yazılar

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə Elchi.az...

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08

ABŞ-nin bütün hava limanlarında təyyarələrin uçuşunun dörd saat müddətinə qadağan edilməsinə səbəb Federal Aviasiya Administrasiyasının (FAA) obyektlərindən birində mis kabellərin...

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş...

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Next Post

Soydaşlarımızı niyə Ermənistana gedir?

Soydaşlarımızı niyə Ermənistana gedir?

Son xəbərlər

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

15 Noyabr 2026 - 17:37
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.