Fələstin prezidenti Mahmud Abbas blokada altındakı Qəzza zolağından və ya işğal olunmuş İordan çayının qərb sahilindən istənilən fələstinlini zorla köçürmək cəhdlərini qəti şəkildə rədd etdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, Abbas bölgə turu çərçivəsində Qüdsdən gələn ABŞ dövlət katibi Antoni Blinkeni Ramallahdakı prezidentlik binasında qəbul edib.
Görüşdə Qəzza zolağında hücumların dayandırılması üçün səylər, humanitar yardımların bölgəyə girişinin sürətləndirilməsinin əhəmiyyəti və İordan çayının qərb sahilindəki inkişaflar müzakirə edilib.
Abbas görüşdə “Qəzza zolağında və ya İordan çayının qərb sahilində heç bir Fələstin vətəndaşının məcburi köçkün olmasına icazə verməyəcəyik” dedi.
İsrail nazirləri və rəsmilərinin Fələstin xalqını Qüds də daxil olmaqla Qəzza zolağından və ya İordan çayının qərb sahilindən zorla köçürməyə yönəlmiş bəyanatlarına işarə edən Abbas bununla bağlı xəbərdarlıq edib.
Abbas vurğulayıb ki, “Qəzza zolağı Fələstin dövlətinin ayrılmaz hissəsidir və işğalçı (İsrail) hakimiyyətin onu ayırmaq və ya hər hansı bir hissəsini bölmək planlarını qəbul etmək və ya onlara münasibət bildirmək mümkün deyil”.
Şayəstə Hüseynova