Avropa Birliyi (AB) Rusiyaya qarşı sanksiyaların tətbiqini yenidən təxirə salıb.
Bu barədə İTAR-TASS xəbər agentliyinə AB-nin xarici siyasət xidmətinin mətbuat xidmətində bildirilib.
“Məhdudlaşdırıcı ölçülərin tətbiqi haqqında qərar qəbul edilməyib. Bu məsələlərin müzakirəsi 11 sentyabrda Avropa Birliyinin 28 ölkəsinin daimi nümayəndələr komitəsinin iclasında davam etdiriləcək”, – mətbuat xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, AB 8 sentyabrda Rusiyaya qarşı sektor üzrə sanksiyalarının genişləndirilməsini bəyənib. Ancaq onların qüvvəyə minməsini bir neçə günlük təxirə salıb.
“Financial Times” qəzetinin AB-dəki mənbələrinə istinadən yazdığına görə, Rusiyaya qarşı sanksiyalar barəsində qərara Finlandiya tərəfindən veto qoyulub.