Avropa Birliyinin İranda nümayəndəlik yaratması ciddi xətadır.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.
“İran ilə P5+1 ölkələri arasında əldə edilən razılaşmanı qəbul etmirik. İran dünyada terrorizmi dəstəkləyən və maliyyə ilə təmin edən dövlətdir. Həmçinin rəsmi Tehran beynəlxalq öhdəlikləri də yerinə yetirmir”, – açıqlamada bildirilib.
Qeyd edək ki, AB bir müddət əvvəl İranda rəsmi nümayəndəliyin açılması barədə qərar vermişdi.