“Avropada quş bizim qaydalara uyğun uçacaq”
Elchi.az xəbər verir ki, Avropanın daxili bazar üzrə komissarı Thierry Breton, Twitter-i əldə etmək üçün müqavilənin tamamlanmasından sonra İlon Maskın “Quş azaddır” tvitinə belə reaksiya verdi.
Mask söz vermişdi ki, platforma “nəticələri olmadan nə isə deyə biləcəyiniz cəhənnəmə” çevrilməyəcək.
Bretonun tvitini rəqəmsal xidmət təminatçılarından nifrət nitqi kimi qeyri-qanuni onlayn məzmuna qarşı təcili tədbirlər görməsini tələb edən Rəqəmsal Xidmətlər Qanununa istinad olan DSA həştəqi müşayiət edirdi.
Breton həmçinin May ayında özünün və Elon Maskın Rəqəmsal Xidmətlər Aktını müzakirə etdiyi bir videonu tweet etdi.
Şayəstə