Böyük Britaniya Müdafiə Nazirliyi hərbi ehtiyatda olanların yarısının yerini müəyyən edə bilmir, bu isə həmin şəxslərin təlim məşqlərinə çağırılmasını mümkünsüz edir.
Elchi.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.
“Soyuq müharibə” dövründən bəri ilk dəfə olaraq təxminən 100 000 ehtiyatda olan hərbi qulluqçunun təlim və məşqlərdə iştirakı gözlənilirdi, lakin qurum həmin şəxslərin ünvanlarını itirdiyi üçün dəvət məktubları onlardan yalnız yarısına göndərilə bilər.
Məqalədə qeyd olunur ki, poçt vasitəsilə məktub almalı olan on minlərlə veteran inzibati səhvlər üzündən bu məktubları əldə edə bilməyəcək. Nəşrin mənbəyi bildirib ki, Böyük Britaniya Müdafiə Nazirliyi hətta onların hazırda harada olduqlarından belə xəbərsizdir.
Qeyd olunur ki, söhbət hərbi xidmətdən ayrılmış, lakin müstəsna hallarda yenidən xidmətə çağırıla biləcək Britaniya vətəndaşlarından gedir.
Daha əvvəl ukraynalı tarixçi Marta Havryşko Böyük Britaniya Müdafiə Nazirliyinin veteranları müharibəyə hazırlaşmağa çağırmaq qərarını lağa qoymuşdu.
Yeganə





















