Milli Məclisdə “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Elchi.az-ın xəbərinə görə, qanun layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində proqnozlaşdırılır.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
– işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat;
– işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50.300.000,0 manat.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.




















