Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa Rusiyanın təhlükəsizlik narahatlığına qulaq asmamalıdır.
Elchi.az xəbər verir ki, Kallas bu barədə X sosial media platformasında yazıb.
“Sülh danışıqlarının necə inkişaf etməsindən asılı olmayaraq, Avropa Ukraynanı dəstəkləyəcək. (…) Biz onların təhlükəsizlik narahatlıqları ilə bağlı Rusiyanın nağıllarına uymamalıyıq”, – deyə o, yazıb.
Bundan başqa, Kallas öz postunda Moskvaya qarşı sanksiyaları artıracağını vəd edib və əlavə edib ki, NATO guya Rusiyanı heç vaxt təhdid etməyən müdafiə alyansıdır.
Bundan əvvəl Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç Kallasın müharibə və sülh danışıqları prinsiplərini anlamaq qabiliyyətini şübhə altına almışdı.
Yeganə





















