ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşü zamanı Rusiya və Ukrayna arasındakı münaqişədə mülki əhalinin həlak olması məsələsinə toxunub.
Elchi.az xəbər verir ki, Ağ Ev rəhbəri müharibədə hər iki tərəfdən çoxlu insanın həyatını itirdiyini bildirərək, Rusiyanın da mülki əhali itkiləri verdiyini diqqətə çatdırıb. Tramp Vaşinqtonun bu məsələni Ukrayna tərəfi ilə təmaslarda qaldırdığını qeyd edib. ABŞ prezidenti mülki şəxslərin ölümünə son qoyulmasının vacibliyini vurğulayaraq, münaqişənin “kifayət qədər tezliklə” bitəcəyinə inamını bir daha ifadə edib.
Şayəstə





















