Papa XIV Leo cümə günü Cənubi Amerikaya 12 günlük səfərə çıxır. Bu, onun ötən il seçilməsindən bəri ən uzun xarici səfəridir.
Elchi.az xəbər verir ki, dünyanın 1,4 milyardlıq katolik icmasının rəhbərinin ilk dayanacağı Uruqvay və onun paytaxtı Montevideodur. Daha sonra o, Avqustin ordeninin missioneri və yepiskop kimi 20 ildən çox fəaliyyət göstərdiyi qonşu Argentina və Peruya səfər edəcək. ABŞ-də anadan olan Papa eyni zamanda Peru vətəndaşlığına malikdir və ispan dilində səlis danışır.
Son vaxtlar 71 yaşlı pontifikə xərçəng diaqnozu qoyulduqdan sonra səfərin baş tutub-tutmayacağı sual altında idi. Oktyabrın ortalarında keçirdiyi ağciyər əməliyyatı zamanı sağ ağciyərinin bir hissəsi götürülsə də, həkimlər onda xərçəng hüceyrələrinin qalmadığını bildirərək səfərə yaşıl işıq yandırıblar.
Vatikanın məlumatına görə, Papanın səfər proqramı dəyişməz olaraq qalır. Çoxsaylı görüşlər və kütləvi tədbirlərlə yanaşı, Peru Andlarında dəniz səviyyəsindən təxminən 3700 metr yüksəklikdə ekskursiyanın keçirilməsi də planlaşdırılır.
Şayəstə





















